Paytaxt sakinləri dəhşətli xəbərlə oyandılar — VİDEO

© Photo : FB / Elxan QəniyevQəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb
Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb

BAKI, 12 iyul — Sputnik. Bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində ağır yol qəzası baş verib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, qəza 90-OJ-802 DQN yük maşınının 10-TF-383 DQN sərnişin avtobusuna çırpılması nəticəsində yaşanıb.

© Photo : FB / Elxan QəniyevBakı-Qazax yolunun 21-ci kilometrliyində yük maşını sərnişin avtobusuna çırpılıb
Bakı-Qazax yolunun 21-ci kilometrliyində yük maşını sərnişin avtobusuna çırpılıb - Sputnik Azərbaycan
Bakı-Qazax yolunun 21-ci kilometrliyində yük maşını sərnişin avtobusuna çırpılıb

Hadisəyə səbəb yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi olub. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb.

© Photo : FB / Elxan QəniyevHadisəyə səbəb yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi olub
Hadisəyə səbəb yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi olub - Sputnik Azərbaycan
Hadisəyə səbəb yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi olub

Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov isə ölən şəxsin qadın olduğunu bildirib. Qeyd edib ki, qadın hadisə yerindəcə dünyasını dəyişib. Xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 3 nəfər Ələtdəki xəstəxanaya yerləşdirilib, 2 nəfərə yerindəcə ilkin yardım göstərilib.

Xəbər lenti
0