Heyvan kəsimi məntəqələrində monitorinq aparılıb

© Sputnik / Irade JELILQurbanlıq bazarı
Qurbanlıq bazarı - Sputnik Azərbaycan
Abunə olmaq
Monitorinq ət kəsimi fəliyyəti ilə bağlı maarifləndirmə işlərini əhatə edir

BAKI, 12 iyul — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi bu ilin may ayından etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərində, eyni zamanda heyvan kəsimi məntəqələrində monitorinqlərə başlayıb.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinqlər əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün mövcud vəziyyətin öyrənilməsi və mərkəziləşmiş ət kəsimi fəliyyəti ilə bağlı maarifləndirmə işlərini əhatə edir.

Aparılan monitorinqlər nəticəsində heyvan kəsimi ilə bağlı ölkə ərazisində mövcud vəziyyətin öyrənilməsi ilə yanaşı, regionlar üzrə vətəndaşların gündəlik ət təlabatının həcmi agentlik əməkdaşları tərəfindən araşdırılaraq müəyyən olunub.

Xəbər lenti
0