Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şübhə təsdiqini tapdı, gömrükdə araşdırma başladı

© Sputnik / Rahim MuradovAstara Gömrük İdarəsi
Astara Gömrük İdarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Yuyucu toz qutusundan psixotrop maddə çıxıb

BAKI, 12 iyul — Sputnik. Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen aparatıyla yoxlanılarkən monitorda şübhəli cizgilər görünüb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu səbəbdən həmin yükə təkrar baxış keçirilib. Nəticədə, vətəndaşa məxsus yuyucu toz qutusunda ümumi sayı 170 ədəd paketdə olmaqla, xalis çəkisi 183,652 qram təşkil edən metamfetamin və 1 ədəd kolba aşkar olunub.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0