BAKI, 12 iyul — Sputnik. Bu gün saat 16:00 radələrində Azərbaycanın bəzi ərazilərində elektrik enerjisinin kəsilməsinin səbəbi açıqlanıb.
"Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı Sputnik Azərbaycan-a bildirib ki, elektrikin kəsilməsinə Ağsu rayonunun Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın səbəb olub.
O qeyd edib ki, yanğın səbəbindən təhlükəsizlik məqsədi ilə respublikanın bəzi bölgələrinə enerji verilişi dayandırılıb. Babanlı elektrik enerjisinin verilməsinin ən qısa zamanda bərpa edilməsinə çalışacaqlarını vurğulayıb.