SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ dövlət katibi və müdafiə naziri Azərbaycana gələ bilər

© Photo : AR XİN mətbuat xidmətiElmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənov ABŞ-dan olan həmkarları ilə görüş zamanı
Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənov ABŞ-dan olan həmkarları ilə görüş zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
Elmar Məmmədyarov və Zakir Həsənov amerikalı həmkarları ilə görüşüblər

BAKI, 12 iyul — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənovun ABŞ-dan olan həmkarları ilə görüş barədə məlumat yayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bildirilib ki, iyulun 12-də NATO-nun Brüsseldə keçirilən zirvə toplantısı çərçivəsində E.Məmmədyarov və Z.Həsənov Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mattis ilə görüşüblər.

Görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel, Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov və NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov iştirak edib.

Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın görüşü. Brüssel, 11 iyul 2018-ci il - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saat çəkib

Tərəflər Azərbaycan və ABŞ arasında tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. Nazir Elmar Məmmədyarov NATO-nun Brüssel sammitinin yekun kommunikesində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təkrar ifadə olunan dəstəyin vacibliyini diqqətə çatdırıb.

Söhbət əsnasında regional məsələlərə dair fikir mübadiləsi aparılıb və ABŞ tərəfi NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına və terrorizmə qarşı mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Nazir Elmar Məmmədyarov həmkarına 11 iyul tarixində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Brüsseldə Ermənistan xarici işlər naziri ilə görüşü barədə məlumat verib.

Xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənov ABŞ-dan olan həmkarlarını Azərbaycana səfərə dəvət ediblər və onlar dəvəti məmnuniyyətlə qəbul ediblər.

Xəbər lenti
0