Kediciklərin “Hocası” belə ələ keçdi - VİDEO

© AFP 2023 / DOGAN NEWS AGENCY Adnan Oktarın həbsi
Adnan Oktarın həbsi - Sputnik Azərbaycan
Abunə olmaq
Qandallanan Adnan Oktar və yanındakı qadın polis maşınına mindirilib

BAKI, 12 iyul — Sputnik. Türkiyədə "Adnan Hoca" kimi tanınan Adnan Oktarın qaçarkən yolda polislər tərəfindən saxlanılması görüntülənib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, dünən Adnan Oktar və onun şəbəkəsinə qarşı polis əməliyyatı başlayıb. Oktar, Kandillidəki evinə gələndə qapıda polisləri görüb. Bundan sonra Adnan Oktar Sarıyerə doğru qaçıb.

Adnan Oktarın dalınca düşən polislər nəhayət onun avtomobilini saxlaya bilib. Maşından düşürülən Oktar və yanındakı qadın saxlanılıb. Qandallanan Adnan Oktar və yanındakı qadın polis maşınına mindirilib.

Qeyd edək ki, dünən Türkiyədə Adnan Oktar və onun şəbəkəsinə qarşı polis əməliyyatı başlayıb. Böyük əməliyyat İstanbul başda olmaqla, 5 vilayətdə həyata keçirilib. Əməliyyata helikopterlər də cəlb edilib. Bölgəyə xüsusi təyinatlı polislər göndərilib. Adnan Oktar mütəşəkkil cinayətkar təşkilat qurmaq, siyasi və hərbi casusluq, inanc istismarı və kiçik uşaqlara təcavüzdə ittiham edilir. Adnan Oktarın cinayət şəbəkəsinə daxil olan 235 şübhəli şəxsə qarşı əməliyyat başlandığı bildirilib.

Xəbər lenti
0