BAKI, 11 iyul — Sputnik. "Ötən gün Gəncədə Azərbaycan polisinin rəşadəti, şücəti nəticəsində destruktiv qüvvələrin qarşısı qısa müddətdə alınıb". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidtinin rəhbəri Hikmət Hacıyev ötən gün Gəncədə baş verənlərə münasibət bildirərkən deyib.
"Bu kimi provokativ, ölkəmizdə sabitliyi pozmaq kimi uğursuz cəhdlər onu göstərir ki, Azərbaycanın inkişafı, onun beynəlxalq səviyyədə əldə etdiyi uğurları Ermənistanla bərabər bəzi xarici dairələri də ciddi sürətdə narahat edir. Ölkəmiz müharibə vəziyyətində olan dövlətdir. Arxa cəbhədə olan zabitə qarşı əl qaldırılması, ona hücum edilməsi ön xəttə xidmət aparan əsgər və zabitlərimizə, ümumilikdə Azərbaycan xalqına qarşı cinayətdir" — deyə Hacıyev qeyd edib.
Onun sözlərinə görə, Azərbayxan Silahlı Qüvvələrinin 26 iyundakı möhtəşəm hərbi paradı Ermənistan da daxil olmaqla bir sıra xarici dairələri ciddi şəkildə narahat edir: "Bu kimi desturuktiv qüvvələrə bəraət qazandıran və bəzi ölkələrdə gizlənən milli satqınlar xalqımız qarşısında utanmalıdırlar. Ölkəmizə, xalqımıza, dövlətçiliyimizə qarşı bu cür xəyanətlər əməllərə əl atan şəxlər ilk növbədə qarşılarında Azərbaycan xalqını görəcəklər".
Sonda Hikmət Hacıyev gəncəliləri diqqəti olmağa, provakasiyalalara uymamağa çağırıb və ötən gün Gəncədə baş verən hadisə nəticəsəində ölən polis zabitlərin yaxınlarına başsağlığı verib.