Azərbaycan beynəlxalq ictimaiyyətə çağırış edir

© Photo : APAГлава пресс-службы МИД Азербайджана Хикмет Гаджиев, фото из архива
Глава пресс-службы МИД Азербайджана Хикмет Гаджиев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Girovluqda olan soydaşlarımızın tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini Ermənistana ciddi təsir və təzyiq göstərməyə çağırırıq"

BAKI, 11 iyun — Sputnik. "Azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını 11 iyul 2014-cü ildə ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsindən dörd il ötür. D.Əsgərov və Ş.Quliyev girov götürülərkən onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında, Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində danışarkən bildirib. 

Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin yığıncağı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Avropalı siyasətçilər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı söz veriblər

H.Hacıyev xatırladıb ki, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim tərəfindən saxta və uydurulmuş iddialar əsasında onlar üzərində quruma "məhkəmə" təşkil edilib, D.Əsgərov "ömürlük", Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib: "D.Əsgərov və Ş.Quliyevin girov götürülməsindən əvvəlki və sonrakı görüntüləri onların girovluqda saxlandıqları müddətdə qeyri-insani rəftara, fiziki və mənəvi işgəncələrə məruz qaldığını açıq şəkildə sübut edir. Bunun nəticəsində hazırda D.Əsgərov və Ş.Quliyev müxtəlif ağır xəstəliklərdən əziyyət çəkirlər. Onlara qarşı qeyri-insani rəftarı kütləvi informasiya vasitələri ilə qəsdən nümayiş etdirən Ermənistan tərəfi onların ailə üzvlərini və yaxınlarını psixoloji təzyiqlərə məruz qoyur".

XİN sözçüsü qeyd edib ki, D.Əsgərov və Ş.Quliyev və onların ailə üzvləri 1993-cü ildən etibarən məcburi köçkün həyatı yaşayırlar: "20 ildən çox davam edən vətən həsrəti onları öz işğal edilmiş torpaqlarını ziyarət etmək kimi fədakar addımı atmağa sövq etmiş və bu baxımdan onların öz doğma evlərini və valideynlərinin qəbrini görmək istəkləri anlaşılandır. Beləliklə, onların qanunsuz həbsi və Ermənistanın onları azad etməkdən imtina etməsi girovların yaxınlarının böyük üzüntüsünə, Azərbaycan ictimaiyyətinin isə haqlı hiddətinə səbəb olur".

"Mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının müddəalarına zidd olaraq, Ermənistan tərəfi beynəlxalq səviyyədə götürdüyü bu öhdəliklərini kobud şəkildə pozmaqda davam edir və Azərbaycan tərəfinin humanitar hüquq normalarına əməl olunmasına və hər iki tərəfdə saxlanılmış mülki şəxslərin tez bir zamanda qarşılıqlı surətdə azad edilməsinə dair çağırışlarına məhəl qoymur. Bu kimi əməlləri ilə Ermənistan Respublikası həmçinin, İşgəncə və digər zorakılıqların, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və yaxud cəzalara qarşı Konvensiya, Bütün növ ayrı-seçkiliyin aradan qaldırılması haqqında Konvensiya, İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozulmaqda davam edir" — o bildirib.

Dilqəm Əsgərov və Şahbaz Quliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dilqəm və Şahbaz erməni diversantlarla dəyişdirilə bilər

XİN rəsmisi deyib ki, Ermənistan tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki insanları və obyektləri ağır silahlardan hədəflənmiş şəkildə atəşə tutması, D.Əsgərov və Ş.Quliyev halında olduğu kimi mülki insanları girovloqda saxlamaqda davam etməsi aydın şəkildə göstərir ki, münaqişə dövründə Ermənistan tərəfindən törədilmiş cinayətlər təsadüfi və istisna hallar olmayaraq, Ermənistanın yürütdüyü məqsədyönlü və sistematik siyasətinin tərkib hissəsidir. Hərbi əməliyyatların gedişində Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı törədilmiş çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayət əməlləri şahid ifadələri və sübutlarla sənədləşdirilib.

"Ermənistan tərəfindən nümayişkarcasına qeyri-insani davranış nümayiş etdirərək dörd il ərzində ağır şərtlər altında D.Əsgərov və Ş.Quliyevin girovluqda saxlanması və digər bu xüsusda olan əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və gərginliyin daha da artmasına xidmət edir. Bir daha onu göstərir ki, Ermənistan sivil davranışdan tamamilə kənar ölkədir" — Hacıyev əlavə edib.

Министерство иностранных дел России - Sputnik Azərbaycan
RUSİYA
Rusiya XİN Dilqəm Əsgərovun girov götürülməsinə münasibət bildirdi

"Girovluqda olan soydaşlarımızın tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün ali humanizm prisiplərini rəhbər tutaraq bütün beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini, aidiyyəti beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını Ermənistana ciddi təsir və təzyiq göstərməyə çağırırıq. Azərbaycan Respublikası D.Əsgərov və Ş.Quliyevin azad edilməsi üçün bütün zəruri addımları bundan sonra da atacaqdır" — XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, 11 iyul 2014-cü ildə azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsindən dörd il ötür. D.Əsgərov və Ş.Quliyev girov götürülərkən onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. 

Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim tərəfindən saxta və uydurulmuş iddialar əsasında onlar üzərində quruma "məhkəmə" təşkil edilib, D.Əsgərov "ömürlük", Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti
0