BAKI, 11 iyul — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 11-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb. Sputnik Azərbaycan bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.
Qeyd edək ki, dünən prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun Zirvə toplantısında iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüssel şəhərinə səfərə gedib.