İsrail açıq təhdid etdi, hamıya meydan oxudu

© REUTERS / Amir CohenQolan təpələri, arxiv şəkli
Qolan təpələri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İsrailin Suriyaya yönələn aqressiv açıqlamaları davam edir

BAKI, 11 iyul — Sputnik. İsrail, Qolan təpələrindəki təhlükəsiz bölgədə bir nəfər olsa belə, Suriya əsgərinə belə göz yummayacağını açıqlayıb.

Sputnik Azərbaycan "Haber7"yə istinadən xəbər verir ki, İsrailin Suriyaya yönələn aqressiv açıqlamaları davam edir.

İsrail baş naziri Benyamin Netanyahunun Rusiya prezidenti Vladimir Putinlə sabah keçiriləcək görüşündən öncə müdafiə naziri Aviqdor Liberman İsrailin işğalı altındakı Qolan təpələrindən danışıb.

Liberman İsrailin sərhəddə Suriya əsgərlərinə göz yummayacağını və hücum edəcəyini bildirib.

Liberman qeyd edib ki, İranın Suriyadakı hərbi varlığının möhkəmlənməsinə icazə verməyəcəklər. Əks halda bu, İrana İsrail torpaqlarına hücum etmək imkanı verə bilər.

Xatırladaq ki, İsrail Suriya ərazisi olan Qolan təpələrini 1967-ci ildən işğal altında saxlayır. İsrail ordusu ötən ay Qolan təpələrində genişmiqyaslı hərbi təlimlər keçirib.

Xəbər lenti
0