BAKI, 11 iyul — Sputnik. Apple şirkəti iPhone modellərini sevənlər üçün yeni inqilabi texniki dəyişiklik hazırlayır.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, iddialara görə, 2019-cü ildə çıxacaq yeni iPhone modelinin üç hissəli kamerası olacaq. iPhone modellərini izləyən bir çox mütəxəssislər öz məqalələrində bu məlumatı təsdiqləyiblər.
Kameranın üçüncü hissənin əlavə edilməsi ilə iPhone ilk dəfə olaraq 3 dəfə yaxınlaşdırma və 5 dəfə hibrit yaxınlaşdırma özəlliyinə malik olacaq.