Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, insanlar sosial mediada həyatda olduğu kimi davranmalıdırlar:
“Sosial media həm də məsuliyyət deməkdir. İnsanlar sosial mediadan istifadə edərkən məsuliyyəti unutmamalıdırlar. Təəssüf ki, çox sayda insan sosial mediada məsuliyyət hissini itirərək cinayət əməllərinə çağırışlar edirlər, o cümlədən terrorçuluğu dəstəkləyən təbliğat aparırlar. Belə məsələlər, təbii ki dövlətin də diqqətini cəlb edir. Azərbaycan dövləti ölkədə sabitliyin və qanunun qorunması üçün bütün işləri görür. Davamlı şəkildə sosial mediada monitorinqlər aparılaraq belə çağırışlar edən şəxslər müəyyənləşdirilir və barələrində müvafiq tədbirlər görülür. Bir çox insanlar sosial mediadakı azadlıqlardan sui-istifadə edirlər. Bunun nəticəsi isə dövlətin sosial medianı nəzarətə götürməsi olacaq. Terrora və cinayətə çağırış edənlər mütləq cəzalandırılmalıdırlar”.
Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz