Paytaxt sakinlərinin diqqətinə!

© Sputnik / Murad OrujovBakı Heydər Əliyev prospekti
Bakı Heydər Əliyev prospekti - Sputnik Azərbaycan
Abunə olmaq
Bu yolda hərəkətə mane olan halların aradan qaldırılmasına başlanılıb

BAKI, 11 iyul — Sputnik. Sabunçu-Zabrat yolunda təmir işlərinə başlanıb. Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu yolda hərəkətə mane olan halların aradan qaldırılmasına başlanılıb.

Paytaxt yollarında tıxac və digər problemlərin həlli istiqamətində layihələrin icrası davam etdirilir. Bu çərçivədə Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında işlərə başlanılıb.

Bu məqsədlə, yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil ediləcək. Bununla da günün pik saatlarında qeyd edilən yolda nəqliyyatın hərəkətində müşahidə edilən tıxacın aradan qaldırılması və sərnişinlərinin rahatlığının, eləcə də təhlükəsizliyinin təmin edilməsi mümkün olacaq.

Xəbər lenti
0