BAKI, 11 iyul — Sputnik. Türkiyədə "Adnan hoca" kimi tanınan Adnan Oktar və onun şəbəkəsinə qarşı polis əməliyyatı başlayıb. Sputnik Azərbaycan-ın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, böyük əməliyyat İstanbul başda olmaqla, 5 vilayətdə həyata keçirilib. Əməliyyata helikopterlər də cəlb edilib.
Adnan Oktar Çengelköydeki evində saxlanılıb. A.Oktar və mühafizəçilərinin əməliyyat zamanı polisə müqavimət göstərdikləri bildirilir. Bölgəyə xüsusi təyinatlı polislər göndərilib.
Adnan Oktar mütəşəkkil cinayətkar təşkilat qurmaq, siyasi və hərbi casusluq, inanc istismarı və kiçik uşaqlara təcavüzdə ittiham edilir.
Adnan Oktarın cinayət şəbəkəsinə daxil olan 235 şübhəli şəxsə qarşı əməliyyat başlandığı bildirilib.