Türkiyədə Nazirlər Kabinetinin yeni tərkibi açıqlandı - SİYAHI

© Photo : SözcüƏrdoğan hökumət üzvləri ilə
Ərdoğan hökumət üzvləri ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə tarixində ilk dəfə Nazirlər Kabinetində millət vəkili olmayan şəxslər yer alıb

BAKI, 10 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni sistemdəki Nazirlər Kabinetini açıqlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkə tarixində ilk dəfə Nazirlər Kabinetində millət vəkili olmayan şəxslər yer alıb.

Yeni Nazirlər Kabinetinin tərkibi:

Prezident: — Rəcəb Tayyib Ərdoğan

Prezidentin müavini: Fuad Oqtay

Ədliyyə naziri: Əbdülhəmid Gül

Daxili işlər naziri: Süleyman Soylu

Milli müdafiə naziri: Hulusi Akar

Milli təhsil naziri: Ziya Səlcuq

Избирательные бюллетени на выборах президента Турции - Sputnik Azərbaycan
TƏHLİL
Türkiyə sınaqdan çıxdı, amma qarşıda daha böyük imtahan var

Səhiyyə naziri: Fəxrəddin Koca

Enerji və təbii sərvətlər naziri: Fatih Dönməz

Ətraf mühit və şəhərsalma naziri: Murad Kurum

Mədəniyyət və turizm naziri: Mehmet Ersoy

Gənclər və idman naziri: Mehmet Kasapoğlu

Xəzinə və maliyyə naziri: Berat Albayrak

Xarici işlər naziri: Mövlud Çavuşoğlu

Nəqliyyat və infrastruktur naziri: Mehmet Cahit Turan

İş, sosial xidmətlər və ailə naziri: Zəhra Zümrüd Səlcuq

Kənd təsərrüfatı və meşə naziri: Bəkir Pakdemirli

Sənaye və texnologiya naziri: Mustafa Varank

Ticarət naziri: Ruhsar Pekcan

Xatırladaq ki, Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq hallında gedən Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.

Parlament mandatı uğrunda aparılan seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduğu "Cümhur İttifaqı" 53,6% səslə qalib gəlib. Müxalifət partiyalarının "Millət İttifaqı" adlı seçki bloku isə 34,1% səs toplaya bilib. 10%-lik baryeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyası 11.5% səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.

Xəbər lenti
0