Sülhməramlılarımız Əfqanıstana yola salınıb

© AR Ministry of DefenseAzərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb

BAKI, 10 iyul — Sputnik. NATO-nun "Qətiyyətli Dəstək" missiyasının tərkibində fəaliyyət göstərmək məqsədi ilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq, rotasiya qaydasında Əfqanıstana yola salınıb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.

Xəbər lenti
0