BAKI, 10 iyul — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (QTA) müxtəlif vakansiyalar üzrə işçi axtarır. QTA-nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, QTA İnstitutunun Lənkaran Regional Sınaq Laboratoriyasında işləmək üçün aşağdakı ixtisaslar üzrə ali təhsilli iddiaçılar Azərbaycan dilində tərtib olunmuş şəxsi işləri (şəkilli) ilə müraciət edə bilərlər:
1.Baytar mütəxəssisi
2.Toksikologiya
3.Kimya
4.Biologiya
5.Qida mühəndisliyi
6.Genetika
7.Biokimya
6. Tibbi profilaktika
7. Fitosanitariya
8. Aqronomluq
9. Zootexnik
10. Mikrobiologiya
Qeyd edək ki, əlavə məlumat almaq üçün +994 77 270 05 06 nömrəsinə zəng edə və ya elvin@shaliyev@gmail.com elektron ünvanına yaza bilərsiniz.