Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 10 iyul — Sputnik. Masallı rayonunda faciə baş verib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Miyənkü kəndi ərazisində yerləşən süni göldə 3 nəfər boğulub.
1981-ci il təvəllüdlü Vüsalə Kərimova, onun oğlu, 2007-ci il təvəllüdlü Elmar Kərimov və qardaşı oğlu, 2009-cu il təvəllüdlü Hüseyn Zamanov dincəlmək üçün göl ərazisinə gəliblər. Uşaqlar göldə çimərkən boğulmağa başlayıblar. V.Kərimova onları xilas etmək istəyərkən, özü də batıb.
Məlumatda bildirilir ki, hər üç şəxs Bakı sakini olub, Masallıya dincəlmək üçün gediblər.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.