Paşinyan nə etmək istəyir - KTMT sədri də hədəfə gəldi

© Sputnik / Aram NersesyanKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov - Sputnik Azərbaycan
Abunə olmaq
Yuri Xaçaturova qarşı dindirilmə məqsədi ilə bildiriş göndərilib

BAKI, 10 iyul — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi general-polkovnik Yuri Xaçaturov 2008-ci il martın 1-də müxalifətin aksiyaları zamanı törədilən qətl hadisələri ilə bağlı cinayət işi çərçivəsində erməni müstəntiqləri tərəfindən şahid qismində dindirilməyə çağırılıb. Bu barədə Sputnik Ermənistan-a İstintaq Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

"Yuri Xaçaturova qarşı dindirilmə məqsədi ilə bildiriş göndərilib. Sıx iş qrafiki səbəbindən, o, yalnız iyul ayının sonunda gələ biləcək" — deyə məlumatda bildirilir.

Xaçaturov 2008-ci il martın 1-də Ermənistan Silahlı Qüvvələrinin Yerevan qarnizonunun komandiri olub, 2017-ci ildən isə KTMT-nin baş katibidir.

Buna qədər Ermənistanın sabiq prezidenti Robert Koçaryan dindirilmə ilə bağlı bildiriş alıb. O, 25 iyul tarixinə qədər ölkədə olmayacaq, lakin dindirilməyə gəlməyə hazır olduğunu və ya geri qayıdana qədər qiyabi formada suallara cavab verməyə hazır olduğunu bildirib.

Президент Серж Саргсян награжденает медалью За заслуги перед Отечеством 1-й степени Левона Саргсяна - Sputnik Azərbaycan
Paşinyan "Sarqsyan ovu"na başlayıb

Daha əvvəl isə Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan 1 mart 2008-ci ildə baş verən hadisələrlə bağlı iş üzrə axtarışa verilib. İyulun 3-də 1-2 mart 2008-ci ildə baş verən hadisələrlə bağlı işi araşdıran istintaq qrupunun rəhbəri müdafiə naziri və digər şəxslərin Ermənistanın Konstitusiya quruluşunu zorakı yolla devirməklə bağlı cinayət işi qaldırıb.

Cinayət işi 1 və 2 mart 2008-ci il tarixlərində baş verən hadisələrlə bağlı işə əlavə edilib. Sabiq müdafiə nazirinə qarşı hakimiyyətin qəsb edilməsi maddəsi üzrə iş başlayıb.

Qeyd edək 1-2 mart 2008-ci il tarixində Yerevanın mərkəzində 10 nəfər ölüb. Prezident seçkilərindən sonra Levon Ter-Petrosyanın tərəfdarları Mərkəzi Seçki Komissiyasının nəticələrini tanımaqdan imtina ediblər və etiraz aksiyaları keçiriblər. Onlara qarşı döyüş silahları tətbiq olunub. Bu qanlı hadisənin təşkilatçıları və icraçılarından heç kim indiyə kimi cəzalandırılmayıb.

Xəbər lenti
0