BAKI, 10 iyul — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ilk yarımfınalçı məlum olub. Sputnik Azərbaycan xəbər verir ki, Belçika yığması üzərində qələbə qazanan Fransa millisi finala vəsiqə qazanıb.
Oyunda yeganə qol 51-ci dəqiqədə vurulub. Qolun müəllifi Fransa yığmasının hücumçusu Samuel Umtiti olub. Bu qol Fransaya 12 ildən sonra dünya çempionatlarının finalına çıxmağa imkan verib.
Xatırladaq ki, 2006-cı ildə keçirilən finalda Fransa 11 metrlik cərimə zərbələrindən sonra İtaliyaya uduzub və ikinci yeri tutub.
İkinci yarımfınalçı bu gün məlum olacaq. Finala vəsiqə uğrunda İngiltərə və Fransa milliləri qarşılaşacaqlar.