Əli Həsənovun kitabı Tacikistanda çap olunub

© Sputnik / Murad OrujovAzərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov
Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq on birinci dildə nəşr edilmiş əsər tacik dilinə Gulnazar Keldi tərəfindən tərcümə olunub

BAKI, 10 iyul — Sputnik. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun "Azərbaycanlılara qarşı ermənilərin soyqırımı siyasəti" adlı kitabı Düşənbədəki "Buxaro" nəşriyyatında tacik və rus dillərində çap olunub. Sputnik Azərbaycan xəbər verir ki, kitab Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə nəşr edilib. Artıq on birinci dildə nəşr edilmiş əsər tacik dilinə Gulnazar Keldi tərəfindən tərcümə olunub.

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əli Həsənov enerji qəzasından və müxalifətdən danışdı: “Bunlar...”

Qeyd edək ki, əsərdə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil olunur. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, yerləşdirilməsi və xalqımıza qarşı törətdikləri soyqırımları kitabda sistemli şəkildə öz əksini tapıb. Bununla yanaşı, əsərdə erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə — 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalması mənbələrə əsasən təhlil edilir. Göstərilir ki, erməni millətçiləri XIX əsrin sonunda — 1885-ci ildə Marseldə "Armenakan", 1887-ci ildə Cenevrədə "Hnçaq", 1890-cı ildə isə Tiflisdə "Daşnaksütyun" partiyalarını yaratdıqdan sonra ermənilərin "böyük Ermənistan" yaratmaq iddiaları yeni mərhələyə qədəm qoyub və onlar öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda türk-müsəlman əhalisinə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar.

Monoqrafiyada 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımlarının Bakı, Quba, Şamaxı ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirilməsi elmi mənbələrə əsasən tədqiq edilir.

Помощник Президента АР по общественно-политическим вопросам Али Гасанов - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əli Həsənov: "Ölkənin uğurlarının təməli Heydər Əliyev tərəfindən qoyulub"

Kitabda xarici dillərdə Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə dair xəritələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında fotolar da yer alıb. Bununla yanaşı, XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələr əsasında araşdırılır. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş vəhşiliklər xarici mənbələrə əsasən geniş təhlil edilir. Bu soyqırımı aktı bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi səciyyələndirilir. Həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin strateji əhəmiyyətini şərtləndirən səbəblər öyrənilir.

Əsərdə Xocalı soyqırımının dünyaya çatdırılması, ona siyasi-hüquqi qiymətin verilməsi istiqamətində görülən işlər, eləcə də Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı aktı kimi tanınması məsələləri geniş tədqiq olunur. Müəllif diqqətə çatdırır ki, Xocalı soyqırımı dünya tarixində heç vaxt unudulmayan Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli soyqırımlarından heç də geri qalmır.

Kitab təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də Ermənistanın dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə daha geniş miqyasda çatdırılması və ifşa olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Xəbər lenti
0