BAKI, 10 iyul — Sputnik. Türkiyə Böyük Millət Məclisində (TBMM) andiçmə mərasimi zamanı keçmiş baş nazir Əhməd Davudoğlunun portretinin parlamentin zibilxanasına atıldığı iddia edilir.
— Fidel OKAN (@FidelOKAN) 7 июля 2018 г.
Sputnik Azərbaycan İranın "Fars" xəbər agentliyinə istinadla xəbər verir ki, TBMM-də 27-ci dönəm millət vəkillərinin andiçmə mərasimi davam edərkən, parlamentin zibilxanasına aid olduğu iddia edilən bəzi fotolar sosial şəbəkədə paylaşılıb.
Vəkil və yazıçı Fidel Okan "Twitter" hesabından bu fotoları paylaşıb və yazıb: "TBMM-də andiçmə həyəcanı yaşananda Məclisin zibilliyi dolmağa başladı. Vəfadan və hörmətdən danışmaq istərdim, amma ehtiyac yoxdur. Kim nə edir, etsin".