Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Azərbaycan-Rusiya iqtisadi əlaqələri strateji xarakter daşıyır”

© Sputnik / Murad OrujovProfessor Elşad Məmmədov
Professor Elşad Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Professor Elşad Məmmədov deyir ki, bu iqtisadi əlaqələrin potensialı hazırkı vəziyyətindən dəfələrcə yüksəkdir

Elşad Məmmədov: “Ticarət dövrüyyəsinə 10 milyard dollara çatdırmaq mümkündür”
“Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir”. Bunu iqtisadiyyat naziri, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Boçarnikov ilə görüşündə deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, iki ölkə arasındakı iqtisadi münasibətlər müsbət dinamikaya malikdir: 

“Azərbaycan-Rusiya iqtisadi əlaqələri strateji xarakter daşıyır. Bu iqtisadi əlaqələrin potensialı hazırkı vəziyyətindən dəfələrcə yüksəkdir. Bunun üçün hökumətlərin iqtisadi bloklarının fəaliyyəti gücləndirilməlidir. Düşünürəm ki, yaxın 5 il müddətinə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq mümkündür. Bunun üçün iqtisadi siyasətin koordinasiya edilmiş şəkildə həyata keçirilməsi zəruridir”.

Professorun geniş şərhinə audio-fayılda qulaq asa bilərsiniz.

Xəbər lenti
0