ABŞ Rusiyada "F-35"-in "qatilləri"ni tapıb

© AFP 2024 / JACK GUEZ "F-35" qırıcı təyyarəsi
F-35 qırıcı təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Moskva və Pekinin də belə bir texnologiya üzərində işləməsi Pentaqonun potensial düşmənlər üzərində texnoloji liderliyini qoruya bilməyəcəyini göstərir

BAKI, 10 iyul — Sputnik. Rusiyada yaradılan radiofoton radiolokasiya sistemləri həqiqətən də stels-təyyarələrin "qatili" ola bilər. Bu barədə Spuntik Azərbaycan ABŞ-ın "The National Interest" nəşrinə istinadən xəbər verir.

ABŞ nəşri vurğulayır ki, yeni radar hava hədəfinin üçölçülü (3D) obrazını yarada bilmək və hərəkət edən raketin və təyyarənin trayektoriyasını yüksək dəqiqliklə izləmək qabiliyyətinə malikdir.

Jurnal yazır ki, analoji işlər özəl Qərb şirkətləri tərəfindən də aparılır: "Moskva və Pekinin də belə bir texnologiya üzərində işləməsi uzunmüddətli perspektivdə Pentaqonun potensial düşmənlər üzərində texnoloji liderliyini qoruya bilməyəcəyini göstərir".

Radiolokasiya sinqalı radiofoton stansiyalarında lazer şüalarının enerjisinin foton kristallarında dəyişikliyi hesabına meydana gəlir. Rusiya bu sistemlərin istehsalı ilə "Radiotexniki və İnformasiya sistemləri" və "Radioelektron texnologiyalar" konsernləri məşğul olur.

Hazırda stels-texnologiyalar 5-ci nəsil Amerika qırıcıları olan "F-22 Raptor" və "F-35 Lightning II"-da istifadə olunur.

Xəbər lenti
0