Türkiyədə böyük faciə baş verib, 24 ölü, 318 yaralı var

© AFP 2024 / DHATürkiyədə qatar qəzası, 8 iyul 2018-ci il
Türkiyədə qatar qəzası, 8 iyul 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Uzunkörpü-İstanbul marşrutu üzrə hərəkət edən qatarın altı vaqonu relsdən çıxaraq aşıb

BAKI, 9 iyul — Sputnik. Türkiyədə sərnişin qatarının qəzaya uğraması nəticəsində 24 nəfər ölüb, 318 nəfər xəsarət alıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin köməkçisi Recep Akdağ bildirib. 

Akdağın sözlərinə görə, qəza nəticəsində xəsarət alanlardan 124-ü xəstəxanadadır: "Qəza yerində axtarış-xilasetmə işləri başa çatdırılıb. Çorlu yaşayış məntəqəsi yaxınlığında baş verən qəzaya leysan yağışların yağması nəticəsində relslərin altındakı torpağın yuyulması olub".

© Photo : Anadolu AjansıTürkiyədə qatar qəzası, 8 iyul 2018-ci il
Türkiyədə qatar qəzası, 8 iyul 2018-ci il  - Sputnik Azərbaycan
Türkiyədə qatar qəzası, 8 iyul 2018-ci il

Xatırladaq ki, ötən gün Türkiyənin Tekirdağ əyalətində sərnişin qatarı qəzaya uğrayıb. Belə ki, Uzunkörpü-İstanbul marşrutu üzrə hərəkət edən qatarın altı vaqonu relsdən çıxaraq aşıb.

Xəbər lenti
0