Leyla Abdullayeva-Sputnik Azərbaycan
BAKI, 9 iyul — Sputnik. Dünən gecə Qusar rayonunda qətl hadisəsi törədilib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, Gədəzeyxur kəndində qeydə alınıb.
Kənddə keçirilən toy mərasimi zamanı, gecə saat 23.30 radələrində dava düşüb. Xalid adlı kənd sakininin oğlunun toyuna Bakıdan qonaq gələn, 30 yaşlı İlham İslam oğlu Qədirov bıçaqlanıb. O, Qusar Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.
Kənd sakinlərinin sözlərinə görə, İlham Qədirovu toyu olan Elnur Babayevin dayısı, 39 yaşlı Səlim Mirzəbəyov bıçaqlayıb. Mərhum İlham Qədirov bəyin sağdışı olub. Onunla bəyin dayısı Səlim Mirzəbəyov arasında rəqs etmək üstündə mübahisə düşüb. Mübahisə nəticəsində bəyin dayısı qonağı bıçaqlayıb.