Britaniyanın türk əsilli XİN rəhbəri istefa verdi

© REUTERS / Peter NichollsБорис Джонсон, мэр Лондона
Борис Джонсон, мэр Лондона - Sputnik Azərbaycan
Abunə olmaq
Daha əvvəl Tereza Mey XİN rəhbəri Boris Consonu və digərlərini istefaya göndərəcəyini bəyan edib

BAKI, 9 iyul — Sputnik. Böyük Britaniyanın xarici işlər naziri Boris Conson istefa verib.

Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən məlumatına görə, daha əvvəl Böyük Britaniyanın Brexit məsələləri üzrə naziri Devid Devis istefa verib. Baş nazir Tereza Mey onun istefasını qəbul edib.

Devisin istefasına səbəb Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsi ilə bağlı digər hökumət üzvləri ilə fikir ayrılığı olub.

Devis hesab edir ki, hökumətin seçdiyi kurs Londonun mövqelərinin zəifləməsinə səbəb olacaq və Aİ-yə danışıqlar zamanı böyük üstünlüklər verəcək.

Qeyd edək ki, daha əvvəl Tereza Mey XİN rəhbəri Boris Consonu və digərlərini, Nazirlər Kabinetinin Avropa İttifaqından çıxış üzrə planını pozmağa cəhd edəcəkləri təqdirdə istefaya göndərəcəyini bəyan edib.

Xatırladaq ki, Boris Conson türk əsillidir. O, Osmanlı dövründə nazir olmuş Ali Kemalın nəticəsidir.

Xəbər lenti
0