Ləğv olunan bankların əmlakı hərraca çıxarılır

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidHərrac,arxiv şəkli
Hərrac,arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hərraclar 16 iyul, 30 iyul və 06 avqust 2018-ci il tarixlərində keçiriləcək

BAKI, 9 iyul — Sputnik. Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan "Bank Standard" QSC, "Texnikabank", "Zaminbank", "Dekabank", "Bank of Azərbaycan" və "Qafqaz Inkişaf Bankı" ASC-lərin balansındakı daşınar və daşınmaz əmlakların 45 lot üzrə satışa çıxarır.

Fonddan Spuntik Azərbaycan-a verilən məlumatda bildirilir ki, 7 lot üzrə əmlak birinci dəfə, 17 lot üzrə ikinci dəfə, 10 lot üçüncü dəfə, 11 lot üzrə dördüncü dəfə hərraca çıxarılır.

Hərraclar 16 iyul, 30 iyul və 06 avqust 2018-ci il tarixlərində keçiriləcək.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında baş tutacaq.

Xəbər lenti
0