CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölənlərin sayı 80 nəfəri keçib, 100-ə yaxın itkin düşən var

© Sputnik / Julien Mattia / Mediabanka keçidМестные жители переправляются на лодке на одной из затопленной улице в Париже
Местные жители переправляются на лодке на одной из затопленной улице в Париже - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, cümə günü Yaponiyanın mərkəzi və cənub-qərbi hissəsinə yağışlar yağmağa başlayıb

BAKI, 8 iyul — Sputnik. Yaponiyada təbii fəlakət nəticəsində ölənlərin sayı durmadan artır.

Spuntik Azərbaycan "Kyodo" agentliyinə istinadla xəbər verir ki, artıq ölənlərin sayı 80 nəfəri keçib. Daha 90-a yaxın insan itkin düşmüş hesab edilir. Ölənlərin əksəriyyəti Honsyu adasındakı  Xirosima və Sikoku adasındakı Exime əyalətlərinin sakinləridir.

Leysan yağışlarının fəsadlarının aradan qaldırılması və əhalinin təbii fəlakət zonasından xilas edilməsi üçün özünümüdafiə, polis və yanğından müdafiə xidmətinin 50 min üzvü cəlb olunub.

Qeyd edək ki, cümə günü Yaponiyanın mərkəzi və cənub-qərbi hissəsinə yağışlar yağmağa başlayıb. Ölkənin 7 prefekturası təbii fəlakət zonası elan edilib.

Xəbər lenti
0