Həmin o Baqdasaryan yenə tutuldu

© Sputnik / Valeriy MelnikovСтритрейсерша Мара Багдасарян
Стритрейсерша Мара Багдасарян - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobil saxlanılıb və cərimə meydançasına aparılıb

BAKI, 8 iyul — Sputnik. Qalmaqallı erməni əsilli rusiyalı sritreyser Mari Baqdasaryan növbəti dəfə sürücülük vəsiqəsiz avtomobil idarə etdiyi üçün saxlanılıb. Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir.

Moskva polisinin məlumatına görə, avtomobil ötən gün yerli vaxtla 01:30-da saxlanılıb. "Mercedes – Benz" markalı avtomobilin sükanı arxasında müvafiq sənədləri təqdim etməyən qadın olub. Hadisə barədə məlumatlı olan mənbə avtomobilin sükanı arxasında Mara Baqdasaryanın olduğunu təsdiqləyib.

Lada 2107 avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Paytaxt sakinlərini narahat edən “avtoş” saxlanıldı

Baqdasaryana qarşı inzibati qayda pozuntusu haqqında protokol tərtib olunub. Avtomobil saxlanılıb və cərimə meydançasına aparılıb.

2017-ci ilin martında məhkəmə epilepsiya səbəbindən Baqdasaryanı ömürlük sürücülük hüququndan məhrum edib. Bundan əlavə, o, saxta tibbi arayış təqdim etdiyinə görə 1 il müddətinə islah işlərinə cəlb edilib. Baqdasaryan saxta sənəd təqdim edərək məsuliyyətdən yayınmaq istəyirmiş.

Elə həmin ilin iyulunda onu Moskvada sükan arxasında saxlayıblar. Vəkili isə iddia edib ki, guya qadın maşını sadəcə park etmək istəyirmiş və polislər onu saxlayanda avtomobili yerindən tərpətməyibmiş. Məhkəmə onu 15 min rubl məbləğində cərimə edib.

Sonuncu dəfə onu noyabrda sükan arxasında tutublar. Məhkəmə yenə də 15 min rubl cərimə kəsib.

Mari Baqdasaryan Moskvadakı qalmaqallı "Mercedes-Benz Gelendewagen" işi zamanı məşhurluq qazanıb. O zaman "Lukoyl" şirkəti rəhbərinin müavinin oğlu Ruslan Şamsuvarov yolda qanunsuz yarış keçirib. O zaman sərnişin oturacağında olan Baqdasaryan işdə şahid qismində dindirilib.

Xəbər lenti
0