CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Göygöldə 2 avtomobil toqquşub, 7 nəfər yaralanıb

CC0 / PublicDomainPictures / crushДТП в Азербайджане, фото из архива
ДТП в Азербайджане, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza nəticəsində xəsarət alan 2 uşağa ambulator tibbi yardım göstərilib

BAKI, 8 iyul — Sputnik. Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, Gəncə-Daşkəsən avtomobil yolunun "Stansiya Qızılca" ərazisindən keçən hissəsində iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralılardan üçünün uşaqdır. Yaralananlar orta-ağır xəsarətlər alan Daşkəsən rayon sakinləri — 1964-cü il təvəllüdlü Əliyeva Pakizə, 1987-ci il təvəllüdlü Əliyeva Esmira və ağır xəsarət alan Vəsilə Verdiyeva və Rövşən Verdiyevdir. Daha bir ağır yaralı özəl xəstəxanaya aparılıb.

Qəza nəticəsində xəsarət alan 2 uşağa isə ambulator tibbi yardım göstərilib.

Hazırda xəstəxanaya yerləşdirilən yaralının şəxsiyyəti müəyyənləşdirilir.

Gəncə-Daşkəsən avtomobil yolunda baş vermiş qəza zamanı yaralananların şəxsiyyəti müəyyənləşib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti
0