Qardaş ölkədəki dəhşətli qəzada ölənlərin sayı açıqlandı

© Photo : Dogan News Agency via REUTERSПоезд, следовавший по маршруту Капыкуле-Стамбул, сошел с рельсов, Турция, 8 июля 2018 года
Поезд, следовавший по маршруту Капыкуле-Стамбул, сошел с рельсов, Турция, 8 июля 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
Baş Nazirlikdən verilən açıqlamada bildirilir ki, hadisəyə güclü yağışlardan sonra relsin altındakı torpağın çökməsi səbəb olub

BAKI, 8 iyul — Sputnik. Türkiyədə baş verən qatar qəzasında ölən və yaralananların sayı açıqlanıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, qatarın relsdən çıxması nəticəsində 10 nəfər ölüb, 73 nəfər isə yaralanıb.

Türkiyə Səhiyyə Nazirliyi yaralananlardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib. Hadisə yerinə 100-dən çox təcili yardım ambulansı göndərilib.

Bu arada, qəzanın baş verməsinin ilkin səbəbi açıqlanıb. Baş Nazirlikdən verilən açıqlamada bildirilir ki, hadisəyə güclü yağışlardan sonra relsin altındakı torpağın çökməsi səbəb olub.

Xatırladaq ki, Uzunkörpü-İstanbul sərnişin qatarı Tekirdağdan keçərkən qəzaya uğrayıb. Nəticədə, 6 vaqon relsdən çıxaraq, aşıb. 

Xəbər lenti
0