BAKI, 8 iyul — Sputnik. 2018-ci ildə Antalyanı ziyarət edən rusiyalı turistlərin sayı rekord həddə çatıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Hürriyet qəzeti xəbər verib.
Yanvar-iyul ayları ərzində Türkiyənin bu kurort şəhərinə 4,9 milyon turist gəlib ki, onların da 40,19%-ni ruslar təşkil edir. Beləliklə, yarım il ərzində təkcə Antalyanı 1,9 milyon rusiyalı turist ziyarət edib. Bu rəqəm 2017-ci ilin analoji dövrü ilə müqayisədə 38,5% çoxdur.
Təkcə iyun ayında Antalya 827 min rus turisti qəbul edib. 2017-ci ilin iyun ayında turistlərin sayı bu rəqəmin 28,5%-ni təşkil edirdi.
May ayında verilən məlumata görə, 2018-ci ilin yanvar-aprel aylarında Antalyanı ziyarət edən rus turistlərin sayı rekord həddə çatıb.
Antalyanın Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, 4 ay ərzində şəhərə gələn turistlərin 60%-ini rusiyalılar təşkil edib. Bu isə ümumilikdə 2017-ci ildə şəhərə gələn turistlərin sayına bərabərdir. 2014-cü ildə isə Antalya bu ilin 4 ayı ərzində gələn rus turistlərin 44%-i qədər Rusiyadan turist qəbul etmişdi. 2014-cü ildə Antalyaya gələn turistlər arasında ruslar rekord vurmuşdu.