BAKI, 7 iyul — Sputnik. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Məmməd Qəribovun Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Sputnik Azərbaycan nuhcixan.az-a istinadən məlumatına görə, fərmanda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məmməd Abdulla oğlu Qəribov Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilsin".