Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya millisi azarkeşlərə müraciət etdi - Kritik oyun öncəsi

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidFutbol üzrə Rusiya yığmasının azarkeşləri
Futbol üzrə Rusiya yığmasının azarkeşləri - Sputnik Azərbaycan
Abunə olmaq
Siz dünyada ən yaxşı azarkeşlərsiniz

BAKI, 7 iyul — Sputnik. Rusiya millisi 2018-ci il futbol üzrə dünya çempionatında 1/4 mərhələsində Xorvatiya ilə oyun ərəfəsində azarkeşlərə müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə müvafiq mesaj millinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

"Dostlar, biz dünya çempionatında qalmağı çox istəyirik və bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik! Qələbə üçün bütün gücümüzü sərf edəcəyimizi bildiririk! Sizin dəstəyinizi bizi ilhamlandırır, siz dünyada ən yaxşı azarkeşlərsiniz! Biz sizi çox sevir və dəyərləndiririk" — deyə məlumatda qeyd edir.

​Bu gün DÇ-2018-də 1/4 final oyunları yekunlaşacaq.

Dünya Çempionatının bugünkü 1/4 finalında aşağıdakı qarşılaşmalar baş tutacaq:

18:00. İsveç — İngiltərə

22:00. Rusiya — Xorvatiya

Qeyd edək ki, ötən gün keçirilən oyunlarda Fransa Uruqvaya, Belçika isə Braziliyaya qalib gələrək yarımfinala çıxıb.

Xəbər lenti
0