BAKI, 7 iyul — Sputnik. "Marvel" komikslərinin həmtəsisçilərindən və "Spider-Man" (Hörümçək adam), "Doctor Strange" kimi personajların yaradıcılarından biri ABŞ-da 90 yaşında vəfat edib. Bu barədə Sputnik Azərbaycan "Hollywood Reporter" nəşrinə istinadən xəbər verir.
Nəşr yazır ki, Ditko öz evində ölündə tapılıb. Rəssamın ölüm səbəbi açıqlanmır.
Çexoslovakiya əsilli amerikalı rəssam 1955-ci ildə "Marvel Comics"-də işə başlayıb. Ditko "Spider-Man" (Hörümçək adam), "Doctor Strange", "İron man" (Dəmir adam), "Hulk" kimi personajların yaradıcılarından biridir.
KİV-in məlumatına görə, Ditko heç vaxt evli olmayıb, onun övladı yoxdur.