BAKI, 7 iyul — Sputnik. Yerevanda baş verən qəza nəticəsində Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinin rəisi Emiliya Ananyan həlak olub. Bu barədə Sputnik Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, iyulun 5-də Ananyanı avtomobil vurub. Hadisə Yerevanın Tbilisi prospektində baş verib.
Belə ki, 46 yaşlı Yerevan sakini Artak Kirakosyanın idarə etdiyi "KİA" markalı avtomobil Ananyanı vurduqdan sonra "Nissan" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində Ananyanla yanaşı "Nissan"ın sürücüsü Valentina Sarqsyan və sərnişin Anna Betxemyan zərər çəkərək xəstəxanaya yerləşdirilib. Ananyan iki gün reanimasiya da qalsa da, sonda vəfat edib. Hadisəni törədən şəxsə isə ilkin yardım polis bölməsində göstərilib.
Faktla bağlı araşdırmalar davam edir.