Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda iqtisadi amnistiya necə verilə bilər – ekspert şərhi

© Photo : SİAMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı-alim Müslüm İbrahimov deyir ki, xarici ölkələrdə yerləşdirilmiş investitsiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi üçün bu amntistiya prosesi reallaşdırılır

Müslüm İbrahimov: “Yeni investitsiyalar istehsal potensialının artırılmasına cəlb olunacaq”
Azərbaycanda idxal-ixrac əməliyyatlarının uçotunun düzgün aparılması və sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə iqtisadi amnistiya mexanizmi yaradılacaq.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a  deyir ki, bu mexanizmin yaradılması çox faydalı olacaq: 

“İqtisadi amnistiya mexanizmi Azərbaycanın investitsiya imkanlarını artıracaq. Qanunda olan boşluqlara görə əldə olunmuş mənfəətin başqa ölkəyə keçirilməsi zamanı çatışmazlıqlar mövcud idi. Xarici ölkələrdə yerləşdirilmiş investitsiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi üçün bu amntistiya prosesi reallaşdırılır. Bu investitsiya mənbələrinin bir formasıdır. Bu proses bir çox ölkələrdə müsbət nəticələrə səbəb olub. Yeni investitsiyalar yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin istehsal potensialının artırılmasına cəlb olunacaq”.

İqtisadi amnistiya mexanizmi Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nında əksini tapıb.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0