BAKI, 7 iyul — Sputnik. Ağsuda bıçaqlanma olub.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.
Hacıqədirli kənd sakini Mahir Bəyalıyev Ağsu şəhərində kirayə yaşadığı evdə ailə münaqişəsi zamanı həyat yoldaşı Samirə Bəyalıyevanı bıçaqlayıb. Xəsarət alan qadın köməksiz vəziyyətdə qaldığından çoxlu qan itirib. O, xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.