Türkiyə Rusiyaya görə ABŞ-ı hədələdi

© Sputnik / Murad OrujovTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli - Sputnik Azərbaycan
Hazırda NATO-da heç bir dövlət S-400 raketdən müdafiə sistemindən istifadə etmir

BAKI, 6 iyul — Sputnik. “Birləşmiş Ştatların İranla bağlı addımlarının yanlış olduğunu düşünürük”. Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Anadolu" agentliyinə müsahibəsində bildirib.

Мовлут Чавушоглу, министр иностранных дел Турции - Sputnik Azərbaycan
Çavuşoğlu ABŞ-a gedir

"ABŞ-ın yeni rəhbərliyi heç kimlə razılaşmadan İranla bağlanan nüvə müqaviləsindən imtina etdiyini bildirdi. Lakin Avropa İttifaqı və İran bu razılaşmanı qüvvədə saxlamaq istəyir. ABŞ isə əlavə sanksiyalar tətbiq edir. Onların qənaətincə, digər ölkələr də sanksiyalar qərarına dəstəkləməyə məcburdurlar. Amma belə bir şey ola bilməz. Artıq işlər belə gedə bilməz. "S-400" alırsan, sanksiyalar tətbiq edərəm deyirlər. Sanksiya tətbiq edərsən, mütləq qarşılığını da görərsən. Belə bir münasibət istəyirsən, bu da sənin seçimindir. İran kimi bir ölkəni küncə sıxmağın düzgün deyil. İsrailin tələbi ilə İran üçün qəbul olunan bu qərarların doğru olduğunu düşünmürük. Bölgəmizdə gərginliyin olmasını istəmirik. Hazırda ABŞ-ın qəbul etdiyi bu qərarlara yalnız biz deyil, Avropa İttifaqına üzv ölkələr də qarşı çıxır" — deyə Türkiyənin xarici işlər naziri vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın yüksək rütbəli şəxsləri dəfələrlə Türkiyənin Rusiyadan S-400 müdafiə sistemini almaq planlarından narahat olduqlarını və bu sistemin NATO-nun istifadə etdiyi digər sistemlərə uyğun gəlməyəcəyini vurğulayıblar.

Qeyd edək ki, hazırda NATO-da heç bir dövlət S-400 raketdən müdafiə sistemindən istifadə etmir.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала