BAKI, 6 iyul — Sputnik. Altı yaşlı oğlan kimyəvi maye içib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən, hadisə Lənkəran rayonunun ucqar dağ kəndi olan Günəhirdə baş verib.
2012-ci il təvəllüdlü kənd sakini Nihad Mirzəyev plastik kimyəvi rəng əridicisini (həlledici məhlul — "rastvoritel") su zənn edərək içib. Nəticədə uşağın ağız boşluğu və qida borusu ciddi xəsarət alıb.
Dərhal azyaşlı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada N.Mirzəyevə lazımi tibbi yardımlar göstərilib və hazırda vəziyyəti qənaətbəxşdir.