BAKI, 6 iyul — Sputnik. Qəzadan sonra morqa aparılan afrikalı qadın bir neçə saat sonra soyuducuda "canlanıb". Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir.
Hadisə Yohannesburqda baş verib. Şəhərdən bir qədər kənarda ciddi qəza baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində üç nəfər ölüb. Təcili tibbi yardım maşını başından güclü zərbə alan qadının öldüyü qənaətinə gəlib.
Bir neçə saat sonra cəsədlər haqqında məlumatları jurnala yazan əməkdaşlar qadının nəfəs aldığını görüblər.
"Ölüm diaqnozu qoyan həkimlər təhsil görmüş adamlardır. Heç vaxt soyuducunu açıb orada canlı insanı görməyi gözləmirsən. Bəs birdən biz meyiti yarıb onu öldürsə idik necə?", — deyə onlardan biri bildirib.
Hazırda faktla bağlı araşdırmalar aparılır.