BAKI, 6 iyul — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ilk 1/4 final oyunu keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Nijniy Novqorod şəhərində baş tutan oyunda Franda və Uruqvay komandaları qarşılaşıblar.
Fransa komandası daha doğru taktika quraraq, bütün oyun boyu vəziyyətə nəzarət edib. Oyun 2:0 hesabı ilə fransızların xeyrinə başa çatıb. Topları 40-cı dəqiqədə Rafael Varan və 61-ci dəqiqədə Antuan Qrizman vurublar. Qeyd edək ki, ikinci topun vurulmasında Uruqvayın və “Galatasaray”ın qapıçısı Fernando Musleranın kobud səhvi öz rolunu oynayıb.
Qeyd edək ki, bu gün saat 22:00-da Braziliya və Belçika milliləri qarşılaşacaq. Bu oyunun qalıbı yarımfinalda Fransa millisi ilə üz-üzə gələcək.