Gürcüstan prezidentinin kürəkəninə silahlı hücum olub

© Sputnik / Mediabanka keçidАвтомобили полиции в Грузии
Автомобили полиции в Грузии - Sputnik Azərbaycan
Abunə olmaq
Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmalara başlayıb

BAKI, 6 iyul — Sputnik. Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçuriyə silahlı hücum olub. Sputnik Gürcüstan-ın məlumatına görə, o, xəstəxanaya aparılıb. Naməlum şəxs Qoqoçurini ayağından 3 zərbə ilə yaralayıb.

Ölkənin Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmalara başlayıb. Hadisənin baş vermə detalları araşdırılır. Hələlik Qoqoçurini yaralayan şəxs saxlanılmayıb. Lakin ona qarşı GR Cinayət Məcəlləsinin "Qəsdən sağlamlığa ağır zərər vurma" maddəsi ilə cinayət işi açılıb. Bu maddə 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Hadisə Tbilisinin Saburtalo rayonunda baş verib. Qoqoçurini gecə yarısı xəstəxanaya dostu aparıb. İlkin məlumata görə, prezidentin kürəkənini soyuq silahla yaralayıblar.

Bu, Qoqoçuriyə edilən ilk silahlı hücum deyil. Onu 2017-ci ilin yanvarında Tbilisinin Balançivadze küçəsində baş verən atışma zamanı da yaralamışdılar.

Qoqoçuri Gürcüstan prezidentinin qızı ilə qeyri-rəsmi nikahdadır.

Qeyd edək ki, 2017-ci ilin martında prezidentin qızı Anna Marqvelaşvili bildirib ki, ölkənin Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları onun ailəsini izləyir.

Xəbər lenti
0