Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: Bu gün ilk yarımfinalçılar məlum olacaq

© Sputnik / Григорий Соколов / Mediabanka keçidDÇ-2018, Fransa yığması Uruqvayla oyuna hazırlaşır
DÇ-2018, Fransa yığması Uruqvayla oyuna hazırlaşır - Sputnik Azərbaycan
Abunə olmaq
Futbol üzrə dünya çempionatında bu gün iki görüş olacaq

BAKI, 6 iyul — Sputnik. Bu gün futbol üzrə dünya çempionatında ilk 1/4 final oyunları keçiriləcək.

İlk olaraq Bakı vaxtı ilə saat 18.00-da Uruqvay və Fransa milliləri üz-üzə gələcəklər. Oyun Nijni Novqorod şəhərində keçiriləcək.

Xatırladaq ki, Fransa 1/8 finalda Argentinaya, Uruqvay isə Portuqaliyaya qalib gəlib. Fransızlar sonuncu dəfə yarımfinalda 2006-cı, Uruqvay isə 2010-cu ildə oynayıb.

Günün digər qarşılaşması Braziliya və Belçika yığmaları arasında olacaq. Bu millilər yarımfinal uğrunda oyunu Kazanda keçirəcəklər. Görüş 22.00-da başlayacaq.

Braziliya 1/8 finalda Meksikaya, Belçika isə Yaponiyaya qalib gəlib. Braziliyalılar sonuncu dəfə yarımfinalda 2014-cü, belçikalılar isə 1986-cı ildə oynayıblar.

Xəbər lenti
0