CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda "yatmış əjdaha" hər an oyana bilər: Sakinlərin həyatı təhlükə altındadır

© Sputnik / Irade JELILBinəqədi rayonunda yerləşən Keyrəki palçıq vulkanı
Binəqədi rayonunda yerləşən Keyrəki palçıq vulkanı - Sputnik Azərbaycan
Abunə olmaq
Qoruq elan olunmasına baxmayaraq, hazırda vulkan ətrafında onlarla ev tikilib, yaşayış mövcuddur

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 6 iyul — Sputnik. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə 12322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilib. Onlardan biri də Binəqədi rayonunda yerləşən Keyrəki palçıq vulkanıdır.

© Sputnik / Irade JELILBinəqədi rayonunda yerləşən Keyrəki palçıq vulkanı
Binəqədi rayonunda yerləşən Keyrəki palçıq vulkanı  - Sputnik Azərbaycan
Binəqədi rayonunda yerləşən Keyrəki palçıq vulkanı

Qoruq elan olunmasına baxmayaraq, hazırda vulkan ətrafında onlarla ev tikilib, yaşayış mövcuddur. Vulkana yaxın və bir xətt boyunca 20-yə yaxın yaşayış evi var. Vizual olaraq belə, görmək olur ki, evlərin bir hissəsi palçıq vulkanının axıntısı üzərində salınıb.

Üzərində evlər salınmış torpaqlar 2009-cu ilə qədər yerli bələdiyyə tərəfindən vətəndaşlara satılıb. Sakinlərin bir çoxu aldıqları torpağın yaxınlığında vulkan yerləşməsindən əvvəlcədən xəbərsiz olduqlarını iddia edirlər. Sözügedən ərazidə torpaq nisbətən ucuz satıldığına görə alıblar və yurd salıblar, ev tikiblər. Evlərinin yaxınlığında vulkan yerləşdiyindən isə çox sonralar agah olublar. Həmin evlərdə yaşayanlar evlərini tikdikləri vaxtdan bəri bütün növ kommunal xərcləri ödədiklərini də bildirirlər.

© Sputnik / Irade JELILKeyrəki vulkanından yaşayış evləri istiqamətinə axmış palçıq kütləsi
Keyrəki vulkanından yaşayış evləri istiqamətinə axmış palçıq kütləsi - Sputnik Azərbaycan
Keyrəki vulkanından yaşayış evləri istiqamətinə axmış palçıq kütləsi

Keyrəki palçıq vulkanı qoruğa daxil olan yeganə palçıq vulkanıdır ki, ətrafında yaşayış evləri salınıb. Bu palçıq vulkanının bu günə qədər yayıldığı vulkan palçığının ümumi sahəsi 50-60 hektara yaxındır.

Prezidentin müvafiq sərəncamına əsasən, palçıq vulkanları Dövlət Təbiət Qoruğunun balansına verilib. Bundan sonra əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Palçıq vulkanları qrupları Dövlət Təbiət Qoruğu nəzarət etməyə başlayıb. Elə ərazidə nə iş görülübsə də, qurum tərəfindən görülüb. Ən azı, vulkanın ərazisi, yəni 31,35 hektar ərazi nəzarətə alınıb.

© Sputnik / Irade JELILKeyrəki vulkanından axmış palçıq kütləsi
Keyrəki vulkanından axmış palçıq kütləsi - Sputnik Azərbaycan
Keyrəki vulkanından axmış palçıq kütləsi

Vulkan təbiət hadisəsidir və həmin ərazidə heç bir tikili olmasa belə, seysmik hadisə olan vulkan püskürməsi sərhəd tanımır. Ərazidə çox sayda vulkanın təhlükəli olması barədə nişanlar da görünür. Vulkan ətrafında yaşayanlar çox tez-tez kənar şəxslər, ekoloqlar tərəfindən cərimə olunduqlarını da bildirirlər.

Keyrəki palçıq vulkanının qoruq elan olunmuş ərazisi qoruq əməkdaşları tərəfindən ciddi mühafizə olunur, eyni zamanda həmin palçıq vulkanına yaxın ərazilərdə məskunlaşmış əhali arasında mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir, onların təhlükəsi və əhəmiyyəti haqqında müxtəlif məlumat və "Xəbərdarlıq" vərəqələri paylanılır.

Qoruq ərazisinə girişin məhdudlaşdırılması və vulkanik landşafta təsirin minimuma endirilməsi məqsədilə ərazi boyunca dərin xəndəklər qazılıb, qoruğun sərhədləri boyunca müxtəlif məzmunda kifayət qədər məlumatverici nişanlar yerləşdirilib.

© Sputnik / Irade JELILBəzi yerlərdə palçıq kütlələri az qala evlərin həyətinə qədər gəlib çıxıb
Bəzi yerlərdə palçıq kütlələri az qala evlərin həyətinə qədər gəlib çıxıb  - Sputnik Azərbaycan
Bəzi yerlərdə palçıq kütlələri az qala evlərin həyətinə qədər gəlib çıxıb

Mövcud vəziyyətlə əlaqədar rəsmi olaraq 2011-ci il 13 may tarixində Binəqədi Rayon Polis Şöbəsinə, 2011-ci il 08 iyun tarixində Binəqədi Rayon İcra Hakimiyyətinə və 2011-ci il 20 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Sözügedən qurumların əməkdaşları ilə tikinti aparılan ərazilərə dəfələrlə baxış keçirilib.

Təcrübə göstərir ki, palçıq vulkanları püskürdükdə onun brekçiyası (püskürmə məhsulları) vulkanın aktivliyindən asılı olaraq bir neçə kilometr radiusa yayıla bilir və ərazi boyunca dərin çatlar əmələ gəlir. Bu da ətraf ərazilərdə məskunlaşmış insanlar üçün ciddi təhlükə mənbəyidir. Bir qayda olaraq yaşayış evləri və digər obyektlər palçıq vulkanları yerləşən ərazilərdən, həmçinin onların təsir dairələrindən 1-1,5 km məsafələrdə tikilə bilər.

Lakin Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Keyrəki palçıq vulkanı (sahəsi 31,3 ha) "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"na daxil olan yeganə palçıq vulkanıdır ki, vətəndaşlar Qoruğun hüdudlarından kənarda, palçıq vulkanının təsir dairəsinə aid olan ərazidə məskunlaşıblar.

© Sputnik / Irade JELILVulkana yaxın ərazidə tikilmiş fərdi yaşayış evləri
Vulkana yaxın ərazidə tikilmiş fərdi yaşayış evləri - Sputnik Azərbaycan
Vulkana yaxın ərazidə tikilmiş fərdi yaşayış evləri

Bakı və Abşeron yarımadasında, Palçıq vulkanları qrupları Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayevin Sputnik Azərbaycan-a açıqlamasına görə, vulkan 2011-ci il 29 sentyabr 294s nömrəli Nazirlər Kabinetinin sərəncamına əsasən, Dövlət Təbiət Qoruğunun daimi istifadəsinə verilib.

"Həmin vaxtdan başlayaraq, nəinki bu ərazinin toxunulmazlığı saxlanılıb, hətta sərhədə yaxın yerləşən 4 yarımçıq tikili sökülüb və 2 ədəd vaqon tipli ev ərazidən çıxarılıb. Dövlət Təbiət Qoruğunun təşəbbüsü ilə dəfələrlə Fövqəladə Hallar Nazirliyinin müvafiq regional idarəsinin və icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə ərazidə monitorinqlər keçirilib. Qoruğa daxil olan 31,35 hektardan da artıq ərazi nəzarətdə saxlanılır və bu ərazidə zəbt halları qətiyyən ola bilməz" — direktor bildirib.

C.Paşayevin sözlərinə görə, vulkanın təsir dairəsi təxminən 50-60 hektardır. Ancaq bunun sadəcə 32 hektarı nəzarətdədir: "Digər ərazilər həm hüdudlarımız, həm də səlahiyyətlərimiz xaricindədir. Sərhəd xəttinə yaxın yerləşən iki ev barədə, hətta Binəqədi Rayon Məhkəməsinə rəsmi müraciət də olunub. Bundan başqa hüdudlarimiz xaricində olan bu neqativlər barədə KİV-də çoxsaylı çıxışlarımız da olub. Mütəmadi olaraq vətəndaşlara xəbərdarlıq vərəqələri paylayırıq. Məlumat lövhələri vasitəsilə ərazinin təhlükəli olması barədə məlumatlandırırıq".

Müsahibimiz əlavə edib, vulkan ərazisində, yəni 31,35 hektar ərazidə heç bir tikili yoxdur. Amma vulkanın püskürməsi güclü olsa, ondan ayrılan çatlar və püskürmə məhsulları təbii ki, mühafizə olunan və heç bir tikilinin olmadığı 32 hektardan daha geniş ərazilərə yayıla bilər. Və ərazi Binəqədi Rayon İcra Hakimiyyətinin balansında olduğu üçün bura icra hakimiyyəti nəzarət etməlidir.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etdik və bizə verdikləri cavab belə oldu: "Keyrəki vulkanı Bakıdan 12 km şimalda, Binəqədi qəsəbəsindən bir qədər aralıda yerləşir. Vulkan dağının ətəyində, vulkanın təsir dairəsi ərazisində uzun illər öncə vətəndaşlar tərəfindən özbaşına olaraq evlər tikilib. Bu evlərin böyük əksəriyyəti torpaqlarımızın işğalı nəticəsində öz dədə-baba yurdlarından didərgin düşmüş həmvətənlərimizə məxsusdur. Nazirlər Kabinetinin 29 sentyabr 2011-ci il tarixli sərəncamı ilə Keyrəki vulkan dağının 31,35 hektar torpaq sahəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib. Həmin 31,35 ha ərazidə hazırda heç bir yaşayış evi yoxdur".

İcra hakimiyyətindən Qoruğun ətrafında mühafizə zolağı müəyyən edildiyi də bildirilib: "Əraziyə 20-dən artıq xəbərdarlıq lövhələri yapışdırılıb. Yerli sakinlərə üzərində vulkanlarla bağlı məlumatlar olan təqvimlər paylanıb. Maarifləndirmə işləri mütəmadi aparılır. Ərazi aidiyyatı qurumlarla birlikdə nəzarətdə saxlanılır".

Sonda vurğulayaq ki, görülən bütün bu tədbirlərə baxmayaraq, heç kim zəmanət verə bilməz ki, bir gün qoruq yenidən püskürməyəcək…

Xəbər lenti
0