Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda meşə yanğını davam edir, yanğınsöndürmə prosesində çətinlik yaranıb

© AP Photo / Ioanna SpanouMeşə yanğınları, arxiv şəkli
Meşə yanğınları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Nisbi rütubətin 23 faiz, küləyin sürətinin 14 m/san və yüksək temperatur rejimi işlərin aparılmasına əngəllik yaratsa da, yanğın söndürülmə işləri davam etdirilir

BAKI, 6 iyul — Sputnik. İyulun 5-də Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidəki meşə zolağında başlamış yanğının söndürülməsi işləri bu gün də davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
İki rayonda yanğın təlaşı: Alov 250 hektara yaxın ərazini bürüyüb

Yanğının söndürülməsinə Cəlilabad rayonunun Fətullaqışlaq kəndi istiqamətindən də başlanılıb. Hava şəraitinin küləkli və relyefin çətin keçilən dağlıq ərazi olması yanğınsöndürmə işlərində bəzi çətinliklər yaradır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 100 nəfər canlı qüvvəsi, 3 ədəd yanğınsöndürmə texnikası, Aviasiya dəstəsinin "BE 200 ÇS" amfibiya təyyarəsi, "Mi-17" yanğınsöndürmə helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşə Təsərrüfatı İdarəsinin 180 nəfər əməkdaşı, 60 nəfər yerli əhali yanğınsöndürmə işlərinə cəlb olunub.

ETSN də yanğınla bağlı məlumat yayıb. "İyulun 5-də gecə saatlarında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin çətin keçilən dağlıq meşə fondu ərazisində başlamış yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bərabər Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, helikopter və aviasiyası yanğın söndürülmə işlərinə cəlb olunub" — deyə məlumatda bildirilir.

Qeyd olunur ki, havanın isti və küləkli olması yanğının tam söndürülməsində çətinliklər yaradır: "Nisbi rütubətin 23 faiz, küləyin sürətinin 14 m/san və yüksək temperatur rejimi işlərin aparılmasına əngəllik yaratsa da, yanğın söndürülmə işləri davam etdirilir".

ETSN Fövqəladə Hallar Nazirliyinin qüvvələrinə dərin minnətdarlıq bildirir, eyni zamanda rayon icra hakimiyyəti, Masallı, Yardımlı, Cəlilabad rayonlarının sakinlərinin yanğının söndürülməsinə yaxından köməkliyini xüsusi vurğulayır.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev 5 iyul tarixindən yanğın baş verən ərazidə nazirliyin yanğına qarşı səfərbər olunan qüvvələrinə rəhbərlik edir.

Xəbər lenti
0