Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanğın bölgəsinə yanğınsöndürmə helikopteri və təyyarə cəlb olunub

© AFP 2023 / Gent SHKULLAKU Meşə yanğınının söndürülməsi, arxiv şəkli
Meşə yanğınının söndürülməsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Meşə zolağında yanğınsöndürmə işləri davam etdirilir

BAKI, 5 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, Yardımlı rayonunun Şıxlı kəndində meşə zolağında yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri və "BE 200 ÇS" amfibiya təyyarəsi söndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli əhali hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir.

Xəbər lenti
0