Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 5 iyul — Sputnik. Cəlilabadda 41 yaşlı qadını döyüblər.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, döyülmə hadisəsi rayonun Maşlıq kəndində baş verib. Məlumatda bildirilir ki, 1977-ci il təvəllüdlü Maşlıq kənd sakini Mehparə Əmənova tanıdığı şəxs tərəfindən döyülüb.
M.Əmənova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hazırda döyülmə faktı araşdırılır.