Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: Dünya çempionatında uduzan oyunçular ölümlə hədələndi

© Sputnik / Anton Denisov / Mediabanka keçidMateus Uribe
Mateus Uribe - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, ötən gün 1/8 final oyununda İngiltərə penaltilər seriyasında Kolumbiyanı üstələyib

BAKI, 5 iyul — Sputnik. Kolumbiya millisinin oyunçuları Matues Uribe və Karlos Bakka komandanın futbol üzrə Dünya çempionatını tərk etməsindən sonra sosial şəbəkə istifadəçiləri tərəfindən ölümlə hədələnib. Bu barədə Sputnik Azərbaycan "The Sun" nəşrinə istinadən xəbər verir.

Kolumbiyalılar, əsas oyundan sonra penalti zərbələrini yerinə yetirməyən futbolçuları ölkəyə qayıtmamağı məsləhət görüblər. Belə ki, Uribenin zərbəsi dirəyə dəyib, Bakkanın zərbəsini isə ingilis qapıçı Cordan Pikford zərərsizləşdirib.

Qeyd edək ki, ötən gün 1/8 final oyununda İngiltərə penaltilər seriyasında Kolumbiyanı üstələyib. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb.

Maraqlıdır ki, iyulun 2-də Kolumbiya millisinin müdafiəçisi Andreas Eskobarın ölümündən 24 il keçib. O, 1994-cü ildə ABŞ-da keçirilən futbol üzrə Dünya çempionatından ölkəsinə qayıdarkən güllələnib. Onun öz qapısına vurduğu avtoqol nəticəsində Kolumbiya millisi qrupda qalmışdı.

Xəbər lenti
0